Zülfi-siyahın oldu bu gün hüsnünə niqab,Axşam araya düşdü, qürub etdi afitab

Xət pozdu isə hüsnünü, qaşın yerindədir,Mehrab yerindədir, ola məscid əgər xarab

Qaşdan kənarə çəkdi bu yüzdən özünü xət,Hər kəs ki əyri ola, gərək ondan ictinab

Qəddin bərabərində sürahi sücud edər,Ləli-ləbin yanında ayağa düşər şərab

Əmmək dilər dodağını bu binəva Nişat,Yaxşı duadır, eyləmişəm, olsa müstəcab

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq