Ağalar, biwəfa yardanMən dönərəm, könül dönməzİşi cövrü-cəfa yardanMən dönərəm, könül dönməz

Əli əlvan xınalıdanYanı altun minalıdanTülək Turlan sinalıdanMən dönərəm, könül dönməz

Üstü zərli naxışlıdanQoynu ənbər qoxuşludanAğ qarçığay baxışlıdanMən dönərəm, könül dönməz

Dəvələr yükləndi bardanƏnkəbut asıldı dardanAbbasam vəfalı yardanMən dönərəm, könül dönməz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq