Görmüşəm
Gözəllikdə sən təki pəri tapılmazMən Misri, İslambulu, Şamı görmüşəmHaradakı adı bəlli gözəl varGəzübən ad-bə-ad hamı görmüşəm
Güzgü alıb mah cəmalın görsənəDaraq alıb zülfərini hörsənəGözəllikdə heç kim olmaz tay sənəMən Yusif və gül əndamı görmüşəm
Abbas bir qubardır, sənsən afitabGünəş üzün görcək eylər hicabSənin olsun zahid, məscid və mehrabMən özüm öz musallamı görmüşəm
Kitabxana.az · https://kitabxana.az/works/zegemli-abbas-gormusem
← → düymələri ilə keçid, R — təsadüfi şeir