Təzə ili tək keçirdim,yuxuma gecə sən gəldin.Yanıma gələ bilmədin,evə gizlicə, sən gəldin.

Ayrı saldı illər bizi,necə tapdın yolu, izi,tanıdınmı evimizi?əcəl gəlincə, sən gəldin.

İndi bildim nədir vəfa,bitmədi bu cövri-cəfa.Nə çoxdu qohum-əqrəba,bircəmsən, bircə sən gəldin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq