Nə ağırdır mənim eşqim, nə ağır,Bu ağır siqləti çəkməz divlər.Ey könül! Burda təhəmmül göstər,Nə haray çək, nə acıqlan, nə bağır.İldırım çaxdıracaq hər yandan,Azacıq dolsa buludlarla səma.Bu dənizlər də çocuqdur, baxma,Sarsılır hər qopacaq tufandan.Mən fəqət kəndimi hiss etdim şad,Çəkmədim eşqin əlindən fəryad,Bu da hər davranışımdan bilinir.Gözlərin, ah o qaranlıq göllər,Bu gözəl göllərə çox dalsam əgər,Hər ağırlıq ürəyimdən silinir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq