Mənim çağlayanım
O gündən bəridir dəyişmiş rəngin,Dəyişmiş büsbütün rəngin, ahəngin.Səndə gurultulu bir çağlayan var,Bu dönməz çağlayan durmadan axar.O durmadan axar, dağ-dərə bilməz,Qüvvəti daima artar, əksilməz!
Üstünə od yağsa, gətirməz xətər,O həyatla başlar, həyatla bitər.Mənim çağlayanım axmış, axacaq,Hər yerdə bir bəyaz iz buraxacaq.Mənim çağlayanım çağlayır, dinlə,Bolşevik gücünün qətiyyətilə.Mənim çağlayanım kolxoza axır,Dağların selini heyran buraxır.Mənim çağlayanım xəyalım kibi,Bəzən sakit axır, bəzən əsəbi.
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-menim-caglayanim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Burada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəmFələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,
Yetişdi cana konul, ey nigar, rəhm eyləYetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!
Xaqaninin qəlbi qəmlə odlandıSəbir de bu odda alışıb yandı.