Yadımdadır bu gün belə,Bir bəxtiyar sevinc iləKönlümün ilk bəstəsini,Ruhumun nəşidəsiniOxuduğum əziz günlər.Mənə açdın qoynunda yer,Çılpaq, yetim duyğularım,Ümidlərim, arzularım,Sığındılar dərgahına,Atıldılar pənahına.Titrəyirkən, üşüyürkən,Çırpınaraq tövşüyürkənGəncliyimin geniş qəlbi,Bir şəfqətli ana kimiİşıq verdin gözlərimə,Qüvvət saçdın dizlərimə.Uçmağa yoxkən uyarıŞeirimin süs qanadlarıYalnız səndən qüvvət aldı.Aman könül! O nə haldı?!İlk nəşidəm çıxan zaman,Mən bir çocuq kimi hamanƏtrafa salmışdım nəzər.Ah o günlər, ah o günlər!...Deyil mənə, ona, buna,Mənim kimi bir çoxunaQüvvət verib, həycan verib,Sarsılmayan bir can verib.Uzun zaman cəmiyyətinƏn çıxılmaz və ən çətinYollarına rəhbər oldun,Fikrimizə mehvər oldun...Bizə etdin böyük xidmət,Bizdən sənə min bir hörmət!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri