Ay haray
İllərim arxada qaldı,arxada qan-qada qaldı.Əkdim-biçdim yada qaldı,doğma torpaqlar, ay haray.
Kol dibində bənövşələr,dağlara qalxan meşələr!Gedən oğullar, kişilər,sönən ocaqlar, ay haray.
Düşmən aldı solu-sağı,kar olsun yerin qulağı.Şuşada İsa bulağı,yenəmi qaynar, ay haray.
Ay Qubadlım, Kəlbəcərim,hardasan Nəbim, Həcərim!Dindirmə çölüm, içərimod tutub yanar, ay haray!
Füzulidən Cəbrayıla,şəhid oğullar ayıla.Qışqıram, səsim yayıla,bata qulaqlar, ay haray.
Yandı Ağdamın ağ daşı,köhnə yurdun ocaq daşı.Ağdamın Qarabağ yaşı,o köklər, soylar ay haray.
Müsibət oldu Xocalı,hacıleyləklər uçalı.Yandı cavanlı, qocalı,mərdlər, qoçaqlar ay haray.
Zəngilanda zəngi tutun,at minin, üzəngi tutun.Bir Koroğlu cəngi tutun,tərpənsin dağlar, ay haray.
Tovuz, Qazax, Ağstafa,Sədərək çox çəkdi cəfa,
Ermənini qova-qova,ölümlə oynar ay haray.
Od içindən keçə-keçə,Laçını da verdik heçə.Bir gözüm gülər beləcə,bir gözüm ağlar, ay haray.
20 aprel, 1997
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-ay-haray
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şair könlüm, nə var yenə köyrəlibsən uşaq kimi,alışırsan öz-özünə haqdan yanan çıraq kimi.
Qaçaq KərəmKərəm keçdi bu dağlardan, o dağlardan ulu Tanrım!Adı getmir ürəklərdən, dodaqlardan ulu Tanrım!
Səfirə məktub“Ya şəhid gərək, ya intiqam almaq gərək”*Füzuli*
“Xarı bülbül”“Gedək İsa bulağına,çıxaq Qırxqız yaylağına...”