Səfirə məktub
“Ya şəhid gərək, ya intiqam almaq gərək”Füzuli“...Keçən günlərin ədəbi məclisləri üçünçox darıxıram...”Hafiz Paşayev21 fevral 1995. Vaşinqton.Məktubdan
Mən qədim bir məmləkətin şairiyəm,kirpiyilə od götürən bir millətin şairiyəm.Təbriz orda, Şuşa burda, –“Döz bağrı daş olan könlüm” – yaşa burda?!Mən bir vətən, iki torpaq şairiyəm.Xalq adından danışıram, mən axı xalq şairiyəm.Bir də millət vəkiliyəm, mən bir millət sahibiyəm.Bir də bir el ağsaqqalı, bir də bu dərd sahibiyəm.
Amerika qitəsində Azərbaycan səfarəti! –biz tarixə qanla yazdıq bu tarixi həqiqəti.Salam yeni əsrimizin sabahına:Azərbaycan torpağından Azərbaycan bayrağına.O rəmzidir nəsil-nəsil şəhid olan bir millətin,[?], [?], Məmməd Əmini.Bu əbədi ünvanlara, bu adlara salam deyək.Yılmazlara, Cavidlərə, Cavadlara salam deyək.Aradılar, axtardılar bu yolları,Azərbaycan oğulları.
Var başqa bir Azərbaycan – Azərbaycan içindədir,O can bu can içindədir,Hər iki can bir həyəcan içindədir.“Ermənistan” dediyimiz bir diyardan qovulanlar,imtiyazdan qovulanlar, ixtiyardan qovulanlar.Torpaq dərdi, vətən dərdi.Eh, dərdimiz nə qədərdi!Müstəntiqi seçmək olmur məhkəmədə müttəhimdən,
vətənsizi vətəndaşdan... vətən deyir, hamı vətən.Günahkarıq sən də, mən də, hələ o da, o biri də,günahkardı ştatların Bakıdakı səfiri də.
Biz istiqlal savaşına qalxan zaman,humanitar yardım üçün qalxmamışdıq, sənə qurban.Bir Azadlıq Meydanına sığışmışdı bütün şəhər,iki dəniz çalxanırdı: biri Bakı, biri Xəzər.Müstəqillik, suverenlik istəyirdik,Şah oğlu Şah İsmayıl tək biz ərənlik istəyirdik.Mənəm deyən oğullardan onda “mənlik” istəyirdik.Bir də qisas istəyirdik əsirlərin əvəzinə,pis nəfəslər toxunmuşdu qızların gül nəfəsinə.Biz də xalqlar sırasında ya yetişək bir xalq olaq,Ya əzilək nəsil-nəsil, ayaq altda tapdaq olaq.
Daxmalardan eyvanlara köçmüşdülər hələ dünən,eyvanlardan çadırlara köçdü sonra el yenidən.Bu – namusa, bu qeyrətə, bu şərəfə sığa bilməz,Bir el elə sığa bilər, bir ev evə sığa bilməz.Toyxanalar yasa döndü,Kəlbəcərin “İstisu”yu buza döndü.Şamil Əsgər, sənin tarix muzeyini daşıdılar,Qubadlının güneyini, quzeyini daşıdılar.Cəbrayılın kəhrizinə zəhər qatdı xain əli,Zəngilanda yonca yandı, ot saraldı el köçəli.Füzulinin üzümünü yığdırdılar bizim qadın əsirlərə,Qisas qaldı qiyamətə, əsrlərə!Qızıl palıd bircə nüsxə, Laçındaydı... o gədələrbaltalayıb, mişarlayıb kəpəyini ələdilər.Hələ Ağdam... özü boyda bir ölkəydi,təhlükənin qabağında zəhmli bir təhlükəydi.Bayquş qondu budaqlara, bağlar indi viranədir,Ağzın – “Sona bülbüllər”in yuvasıydı, uçdu, Qədir!
Xocalıda həyət yandı, baca yandı,uşaq yandı, qoca yandı,sac üstündə çörək yandı, sac qarışıq ocaq yandı.Yerdə oda düşən quşlar, uçan kimi göyə, yandı,bir ağbirçək yandım deyə-deyə yandı.Xatın burda yalan oldu,inanmayın desələr ki, Xocalıdan qalan oldu.Erməninin neçə illik məramıydı,Xocalının soyqırımı Şamaxının davamıydı.Ermənistan çəkdi bundan yaxasını,Moskvaya söykəmişdi arxasını.
Rus tankları qovur hələ, qırır hələ çeçenləri,bir məsləkə səcdə qılıb, bir haqqa and içənləri.Dəmir yolu, quru yolu, hava yolu, dəniz yolu,kəsilibdi sağı-solu.Gizlədib öz ayıbını,“Böyük qardaş” bizdən alır çeçenlərin hayıfını.Çadır soyuq, hava bulud, millət acdı, bazar baha.Dərman baha, təbib baha, daş bahadı, məzar baha.Görkəmini dəyişibdi indi şəhər, –köhnə geyən ziyalıdı, təzə geyən alverçilər.Uşaqları şirnikdirir bəzi qoçaq:maşınların şüşəsini silirlər ki, pul yığacaq.Zamanın bu ləkəsini sellər-sular yuya bilməz,bunu dollar havasına oynayanlar duya bilməz.
Mir Cəlalın bir xatirə gecəsiydi,Heç bilmirəm onda ayın neçəsiydi...Neçə gizli göz yaşıydı o gecəyə dəvət olan,Ürəyini boşaldırdı “gözdən xəlvət” gözü dolan.Vaşinqton səfirinin atasıydı! –bu səs Hafiz, Azərbaycan torpağının sədasıydı.
Bosniyada qonaq oldum xeyli qabaq,burdan dəvət olunmuşdum mən də o vaxt.Onda dünya şairləri səs-səsəydi, əl-ələydi.Bu da ömrün yollarında ömrə zinət mərhələydi.Sarayevo bir müsəlman şəhəriydi, möcüzəydi.
Ekranlarda gördüm yenə, tanklar ilə üz-üzəydi.De, hardadı yerin-yurdun, Mahmud Dərviş?!Harda gedib yuva qurdun, Mahmud Dərviş?!Fələstinin carçısıydın, mən duyurdum o tufanı,Ərəbistan səhrasının qum qarışıq burulğanı.Tufan olur, vulkan olur kürsülərdə şeri, Mahmud! –şairlərə veriləndə nazirlərin yeri, Mahmud.Bu dünyanın Qarabağı, Bosniyası, Fələstini,adı “qonşu” dövlətlərin başa düşüb bu qəsdini.
Danış orda, var səsinlə, unutma bu ərzi-halı,Ruhu səndə qərar tutub ədib atan Mir Cəlalın.Danış Hafiz, hələ burda anan Püstə,hər gün sənə qulaq asır ürəyində, namaz üstə.Vaşinqton hara – bura... yerlər-göylər,Kolumbun od gəmisindən bəlkə də lap “Şatl”a qədər.Bizə düşmən etmişdilər “dostlarımız” Ştatları,Hindulardan gəlmədilər, qohum çıxır əcdadları...
Mən bilirəm, sən qalxdığın o kürsülər bir səngərdi,qoy görsünlər orda səfir, burda millət səfərbərdi.Ərazimiz toxunulmaz, başdaşları toxunulmaz,gözü yolda qalanların göz yaşları toxunulmaz.Şəhidlərin oğulları sabah qalxıb soruşacaq, –hanı itən o qəbirlər, hanı vətən, hanı torpaq?!Himnimizin bircə sətri yanılarsa, bağışlanmaz,əsgər andı səngərlərdə danılarsa, bağışlanmaz.Yüz il sonra doğma atan, doğma anan bağışlanmaz,işğal olan bir torpaqda bağışlanan bağışlanmaz.Döyüldükcə bərkiyibdi Azərbaycan dəmir kimi,səfirlərin sırasında seçil Hafiz, səfir kimi.Adın gəlsin müjdə verən bir səs kimi, soraq kimi,sən bayrağın keşiyində, mən də şerin, bayraq kimi.
Bakı, 5 mart, 1995
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-sefire-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Nə müddətdi cəlay-vətən olmuşam,Baş götürüb Gəncə deyib gedirəm.
Xosrov və Şirin, fəsil 101Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Gəncüm AğayaGəncüm ağa, vilayətin dərdiniƏlbəttə get sahibkara ərz elə