Gedirəm
Nə müddətdi cəlay-vətən olmuşam,Baş götürüb Gəncə deyib gedirəm.Qəvvas kimi dəryalara dalmışam,Eşqə düşüb onca deyib gedirəm.
Sevgili sevgini könülnən tuta,Sidqini bağlaya eynəlyaquta,Şahlar şahı özü veribdi buta,Baş götürüb onca deyib gedirəm.
Qurbani tab etsin bu dərdə necə?Qərarım kəsilib gündüz, həm gecə,Bir gözəl sevmişəm hamıdan incə,Baş götürüb İncə deyib gedirəm.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-gedirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mən bilirdim qorxuludur böyük eşq…
Çoxdan idi gözləyirdim bu günü,Mən bilirdim bunu belə olacaq…
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Halalım gedibTa ki, o gündən mənim, mah cəmalım gedib,Sanki əlimdən tamam, cah cəlalım gedib.
Kölgələnən qızıl dağlarKölgələnən qızıl dağlar görünür,Yaşıl ipək pərdələrin ardından.