Könül qalxıb Bərdə sarı yeridi,Orda bir ölkə var, adı Gəncə hey!..Gözəlləri, məhbubları, xubları,Olar batıb malü-mülkə, gencə hey!..

Geymək üçün yaşılı var, alı var,Əmmək üçün ləblərinin balı var,Xublarmm bir özgə cür halı var,Hər yetənə vurmaq olmaz pəncə hey!

Qurbani der, vüsalına ermədim,Əl uzadıb qönçə gülün dərmədim,İran gəzdim, Turan gəzdim görmədim,Gözəllikdə, məhbubluqda səncə hey!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq