Yer, göy yox ikən bir nəzər qıldın,Əritdin gövhəri, dürr eylədin, şah!Yox yerdən aləmi bərqərar etdin,Cəmalın qəndildən nur eylədin, şah!

Gətirdin kəlamı cümlə cahanə,Qırxları göstərdin əhli-ürfanə,Peyğəmbər xitabın gətdin dəhanə,Həbibin söhbətin şur eylədin, şah!

Dirili Qurbanı götürdün indi,Boynundadır məhəbbətin kəməndi,Dərya üzündə oynadır səməndi,Özün Cəbrailə pər eylədin, şah!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri