Yolunu salıbsan çeşmə başından,Qorxuram gələsən nəzərə, gəlin!Əgər qəbul etsən bu şirin, canı,Verrəm qurban sən tək gözələ, gəlin!

Qızılgülü dəstə tutub dərgilən,Dəribəni pünhan yerdə sərgilən,Ağ üzündən bir cüt busə vergilən,Qəribəm, könlümü təzələ, gəlin!

Yazıq Qurbanini dərdli yazgilən,Hər cür cəfasma, cəbrə dözgilən,Öz əlinlə məzarını qazgilən,Qoy məzara, özün dəfn elə, gəlin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm