Bir an susmaq sərin torpaq altında,Qurtulmaq bu ağır, sonsuz zillətdən.Zormu əcəb Əzrayılın pəncəsi,Daüsilla denən bu güc illətdən?..

Kim dayanar bu içilməz ağuya,Tanrım onu verməsin bir yağıya?..Vərəm olsa, hökmünü tez bildirir,Əcəl gəlir solğun üzü güldürür,İyirmi ildir nə bitər, nə öldürür,Cigərlərdən qopan ah da qalmadı…

Üz tutacaq bir dərgah da qalmadı…Sən istəsən yan əriyə-əriyə,Bir gül umsan, bahar dönər geriyə,İllər keçər, yol yetişməz yarıya,Bir sarabmı mənim ümid sandığım,O əməlin inamıyla yandığım?..

Zaman qısır, dadsız ömür bitmiyor,Dəvət üçün ölümə əl getmiyor,Tək bir qurşun, yoxsa namə yetmiyor,Ölməkmi… Ya ümidə bel bağlasam,Yurdum üçün bir az daha ağlasam?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm