Nə aləm indi
Eşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.Siyah zülfün can çəkilmiş kənd üstə,Nə bayraq görsənir, nə ələm indi.
Eşq şəhrində ya səni gör, ya məni,Sərraf çəkər ləli-gövhər, yaməni.Öldürürsən pünhan öldür, ya məni,Nə alim eşitsin, nə aləm indi.
Mən Hüseynəm həmi dərddən bəyanəm,Eşq əhliyəm, həmi dərddən bəyanəm,İstədim ki, qəm gülünə boyanam,Nə yaşıla çaldım, nə aləm indi.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-huseyn-semkirli-ne-alem-indi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gedirdim xublar toyuna,Çıxmışdıq düz yola, Ziba!
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
MollalarBilmirəm nə istəyir bizdən ruhani mollalar,Miras paltarları geyib, artırır şanı mollalar,
Sənə nəLotuyam, bambılıyam, talibi-bəngəm, sənə nə?Çox gülüb, çox danışan, çox da cəfəngəm, sənə nə?