Gedirdim xublar toyuna,Çıxmışdıq düz yola, Ziba!Pərvanələr heyran olub,Ağ uzündə xala, Ziba!

Ləblərin oxşar mərcana,Qəsd eylədi şirin cana,Məməsin qoyub fincana,Tutmuş idi bala, Ziba!

Gözləri ala novcavan,Sana nisbət huri-qılman,Ətri-gül, nərgiz, yasəmən,Vurmuş idi telə, Ziba!

Səni gördum çeşmi laçın,Ağ üzündə vardı maçın,Gərdəndən aşırıb saçın,Tökmüş idi belə, Ziba!

Aşıq Hüseynin qəhharı,Kimlər çəkəçək ah-zarı,Abdullanın köyçək yarı,Tərifindən bilə, Ziba!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri