Xəbər almaq ayıb olmaz,O nədi, pəri, qoynunda?Öldürürsən mən yazığı,Saxlarsan narı qoynunda.

Otağına qədəm basdıq,Söhbətinə qulaq asdıq,Sinən döşək, məmən yasdıq,Sal, yatax, yeri qoynunda.

Sən ki yarından doyubsan,Bağrımın başın oyubsan,Hüseyni yetim qoyubsan,Qalıb əlləri qoynunda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri