Sallanıb gedən salatın,Qaşın kamana layıxdı.Aşıqlar sənin əlindən,Çəksə amana layıxdı.

Öldürmaz sevən sevəni,Bağdan qovmaz gül dərəni,Yolunda çanın verəni,Saxla mehmana layıxdı.

Söyün deyərlər adıma,Qırxlar yetişsin dadıma,Yarım düşəndə yadıma,Yana pərvana layıxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq