Bu qız məni
Gedirdim, yoldan eylədi,O qız məni, bu qız məni,Ulusdan, eldən eylədi,O qız məni, bu qız məni.
Dindirirəm, dinməz, küsər,Dərdin sinəmdə sərbəsər,Öpər, sinəsinə basar,O qız məni, bu qız məni.
Hüseyni salma gözündən,Bir maç içərəm üzündən,Hərgiz eləməz özündən,O qız məni, bu qız məni.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-huseyn-semkirli-bu-qiz-meni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Verəli dil o qarə tellərə naşad olubam
Verəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.
YetmədiÖmrüm ah-vay ilə keçdi dünyada,Həsrət qaldım, əlim yara yetmədi.
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
FələkBir hüçüdüm başdan başa varmadi,Bir məlhəm yarama qoymadın, fələk,