CahanSöylə görüm haralısan?Danış indi sözün oğlan,Ağlı, göylü, qaralısan,Çıxart baxım sazın oğlan.

Aşıq HüseynMənim əslim gəncəlidi,Şəmkirbasan elim mənim.Səyasətlər çəkib başım,Düşüb bura yolum mənim.

CahanDanışıqda naçar olsan,Bağlamalar açar olsan,Gecə durub qaçar olsan,İzlədərəm izin oğlan.

Aşıq HüseynDostun yolunda naçaram,Çox bağlamalar açaram,Ölüncə çətin qaçaram,Kəssələr də dilim mənim.

CahanReyhan sinəni dağladar,Qollarını dar bağladar,Anacığmı ağladar,Çəkən olmaz nazm oğlan.

Aşıq HüseynDəryalara dalaram mən,Canım oda salaram mən,O reyhanı alaram mən,Ona çatsa əlim mənim.

CahanXoş gəlibsən Naxçıvana,Dərdini söylə Cahana,Səni yetirrəm Reyhana,Onu görər gözün oğlan.

Aşıq HüseynAşıq Söyün, aç meydanı,Gəldim görüm Naxçıvanı,Bircə qucsaydım Reyhanı,Dərdim yoxdu, ölüm mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri