Xaso xanımBaşma döndüyüm, ay Aşıq Hüseyn,Gəl getmə, gəl getmə, böylə yola sən.On səkkiz aşığı bəndə salıbdı,Öz başına özün açma bəla sən.

Aşıq HüseynBaşına döndüyüm, ay Xaso xanım,Vətənimdən durdum düşdüm yola mən.Bu yolların yolçusuyam əzəldən,Tifil ikən gəzdim eldən-elə mən.

Xaso xanımCəzana gəlirsən gədikdə, düzdə,Məsləhətin nədi bu doğru sözdə.Yeddi qaçaq durub Dərələyəzdə,Qorxuram düşəsən əldən-ələ sən.

Aşıq HüseynXançalam, olmadı bıçaqdan qorxum,Uçubdu başımdan haçandan qorxum,Bəzirgan döyüləm, qaçaqdan qorxum,Tutaram onları şirin dilə mən.

Xaso xanımİstəsən söyləyim sözün düzünü,Yaraya səpməzlər göydaş duzunu,Xaso xanım Haso bəyin qızını,Alıban da bizim eldə qalasan.

Aşıq HüseynA gözəl kürd qızı, başımm tacı,Ərəbzəngi kimi baxma qıyqacı,Aşıq Hüseyn sənə deyibdi bacı,Əlimi vermişəm özgə ələ mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri