Gözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.Kəbə qəndilidir pistan, rəna,Qoynu içi cənnət bağı gözəlin.

Başına örtmüşdür ağ nazik cuna,Yaxılmış əllərə al əlvan xına,Cəmalı lağ edər günə həm dana,Yanaqları gül yarpağı gözəlin.

Görməmişdim sənin təki növcavan,Hökmündədir Gəncə, Şəki, İrəvan,Səhər yeli əsdi, aşdı karvan,Qoruq olub gecə bağı gözəlin.

Səni görən əql-huşun dağıdır,Qaşın cəllad, mijganların yağıdır,Qoynundakı tərşamamə tağıdır,Yetişibdir dərmək çağı gözəlin.

Mən Əliyəm eşq oduna düşmüşəm,Bir canım var yara qurban demişəm,Bir mələk simanın yüzin görmüşəm,Aynalanmış qaş-qabağı gözəlin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri