Bakı
Parıl-parıl parıldayır küçələrÖtən bulud səpələyib yağışı.Mənim Bakım gözəl olur gecələrSinəsində milyon işıq naxışı.
Pəncərələr açılmışdır laybalayGəl, qulaq as şirin-şirin hər səsə.Mahnımızla göydə saysız ulduz, ay,Səhərədək sanki gəlir həvəsə.
Xəzərimin sularına sal nəzər,Ağ işıqlar elə bil ki, ilandır.Sahilində oğlan gəzər, qız gəzər,Ceyran, Maral deyərsən ki, yalandır.
Qız qalası Bakımızın vüqarı,Bilinməyir hələ neçə yaşı var.Qız qalası, qatar-qatar divarı,Qız qalası, oyuq-oyuq daşı var.
Parıl-parıl parıldayır küçələrÖtən bulud səpələyib yağışı.Mənim Bakım gözəl olur gecələr,Sinəsində milyon işıq naxışı.
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-cabbarzade-baki-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
CeyranQaşın kaman, kipriyin ox,A gözləri ala ceyran.
Yol kənarındaSəhər şikarında çıxdı qarşıma,Bir cüt gözəl gördüm yol kənarında.