Səhər şikarında çıxdı qarşıma,Bir cüt gözəl gördüm yol kənarında.Bülbül güldən ötrü bağı dolanır,Ömrünü qoyubdu gül kənarında.

Məhbus edir göydə gəzən quşları,Dağıdır xəyalı, alır huşları,Ucu əbrişimli siyah saçları,Cığa pərvazlanır tel kənarında.

Bağban olan gül becərər bağlarda,Xəstə olan gözü qalar çağlarda,Ovçu olan gedər gəzər dağlarda,Abdulla dolanır el kənarında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar