Quba
Hüsnündən doymuram, sənə vurğunamQoynunda hər dəfə gəzəli Quba,Məni qınamasın dostlar, tanışlar,Desəm yer üzünün gözəli Quba.
Dağların qarlıdır, bağların barlı,Qızın alma yanaq, oğlun vüqarlı,Hər ağac kölgəsi qavallı, tarlı,Altında min məclis düzəlir Quba.
Səndə gözəl olur bahar, payız, qış,Görən min yol demiş torpağa alqış,Hüsnünə zövq ilə vurub min naxış,Ana təbiətin öz əli Quba.
Sinən başdan-başa güldür, çiçəkdir,Binalar, küçələr necə qəşəngdir,Günlərin daha da xoş keçəcəkdir,Alması ətirli, məzəli QubaAzərbaycanımın gözəli Quba!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-cabbarzade-quba
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?
Neyləyim, oldu bahar amma baharım gəlmədiNeyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.
نوگلی، روزی ز شورستان دمیدخار، آن گل دید و رو در هم کشید
ƏvəzdiGözəllər sultanı, ay Səlbi xanım,Sallanışın bir mahala əvəzdi.