Mən İçərişəhərdəYetmişəm boya, başa.Bələdəm hər ağaca,Hər küçəyə, hər daşa.

İçərişəhər dedim,İllərin yadigarı,Orda hər ev, hər qalaXalqımızın vüqarı...

Yeni mənzilimizdəYaşasam da rahat, mən,İçərişəhəri heçUnuda bilmirəm mən.

O yerdə ki, böyüyübBoya-başa çatmısan,Orda ki, çox gecəni,Çox gündüzə qatmısan,Orda ki, beşik asmış,Layla söyləmiş anan,Çıxarmı heç insanınƏzəl yeri yadından?

Bax, keçir xatirimdənYenə də pərdə-pərdəYıxıldığım, qalxdığım,Darısqal küçələrdə...

Burc üstü, su ovdanı,Məşhur Xıdır dalanı,Bir də o “Sınıq qala”Gözümün qabağındaDilə gəlir az qala.Deyirlər: “nə oldu, sən,Bizdən üz döndərmisən?”

Yox mən üz döndərmədimİçərişəhərimdən.Bir an belə olmaram,Köçəri, şəhərimdən.

Azərbaycan elimdir,Bakı, yuvam, məskənim.Gilavar, xəzrisiNəğməm, səsimdir mənim.Babam göz yaşı tökmüşAxan Kürə, Araza.Yüz illərlə yaşaram,Dərya kimi coşaram,Kəpəzdən gələn küləkTellərimi darasa...Ürəyimdə ŞuşanınBu havası hər an var.Mənə vüqar gətirirO, başı qarlı dağlar.Necə deyim Lənkəran,Nuxa, Quba, Şamaxı,Mənə əziz deyildir?Qədim AzərbaycanınMən də oğluyam, axı!

Deyirəm ki, uçmuşamKöçəri bir quşam mən.İçərişəhərimdəAxı, doğulmuşam mən.

Hər naxış bir ustanınƏmalidir, işidir.Daş üstündə hər yazıXalqımın keçmişidir.

İçərişəhərimdəHər küçə, hər ev, qalaÇəkir, çəkir aparırBəzən məni xəyala:

... Daşlar qalaq-qalaqdırİnsanlar axın-axın,Toz torpağa bulaşmışFəhlələr gəlir yaxın.

Xan, əliylə göstərirTəpəlikdə bir yeri,Deyir: – burda salınsınDövlətimin şəhəri.Sinə açıq, baş açıq,Daş yonur, təməl qoyurUsta, əlində palçıq.Evdə uşaqları varBunun xana nə dəxli?Ac-yalavacdır onlar,Bunun xana nə dəxli,Daş ağır, bina uca,Bunun xana nə dəxli?Qaldıra bilmir qocaBunun xana nə dəxli?– Su yoxdur palçıq tutam– Tər axıt, tərinlə tut!– Bir qırpım olmaz yatam.– Onu, bir yolluq unut!– Karxana çox uzaqdırKənəkdir daşın yeri,Ya xan, can sənə qurban,Batman gəlir hər biri.– Sürün, yeri, iməklə,Gətir, daşı palçığı!Yer titrər, tufan qopar,Tutsa xanın acığı!

Əyan nadan, xan nadan,İnsanlar qul doğulmuşMəyər başdan binadan?Əmr eləyən beş nəfər,Əzab çəkən el-elatQarnın ac, bədənin tər,Sən onlarçın qur, yarat!Palçıq tutub tərinlə,Qabarlı əllərinləDaş daşı, suvaq daşı,Olsa sinən, kürəyinBaxma ki, dalaq, daşı!Xan əmridir, şəhər sal,Minarəli, qalalı.Ey qızıl əlli usta,Sən ey başı bəlalı!Barmaqların bəzədiDivarları, tağları,Yad kimi gəzdin, amma,Tikdiyin otaqları.

Minarələr ucaldıBaşı buluda dəydi,Zaman sənin qəddiniBir çubuq kimi əydi.

Ölkələri dolandıDaş üstündə hər yazın,Sən insan sayılmadınÖnündə bir qanmazın.

Xəbər gəldi bir səhər:Çoxdur xanın düşmanı,Sübhə kimi gecələrDincəlmək bilmir canı.

Səni xan hüzurunaGətirdilər bu səhər.Min bir naxış tökdüyün,Əllərinlə tikdiyin,Otağı bürümüşdüAl xaralar, tirmələr.

Sən Xəzər sahilində,Azərbaycan elindəDaşı torpağa qatdın,İmarətlər yaratdın.Bakımızı əllərin,Dırnaqlarınla qurdun.Amma zülmkar xanın,Hüzurunda ey usta,Qolları bağlı durdun.Çalışdın, od yurdunaSadiq bir oğul kimi,Qarşıladı xan səniQolu bağlı qul kimi.

Sorğu-sual almadı,Qısa bir əmr etdi xan:– Sahilədək yeraltıYol çəkilsin buradan!Düşmən güc gəlsə bizə,Bu yolla sağ-salamatÇıxa bilim dənizə!– Sən ey xanların xanı,Məndə o cürət hanı?Şahiddir ki, yaradan,Sahilədək buradanQayadır başdan-başa,Balta işləməz daşa...Bir də, mənzil uzaqdır– Yol çəkilsin!– Bu ağdır...– Çəkilməsə, bil, başın,Səhər vurulacaqdır!

Ömür ağır, gün qara,Cəllad qapı dalında.Camaat qan ağlayır,Xan öz cah-cəlalında.

Sən, ölümü seçərdin,Bilirəm, usta, ancaq,Gözlərinin önündəDayandı oğul, uşaq.

Sən başını qaldırıbXana dedin: – baş üstə...İllərlə tər axıtdınQaya üstə, daş üstə...

Xəzərin sahilindəBir gün işığa çıxdın,Sən günəşin üzünəO gün həsrətlə baxdın.

Qayaları yaranlar,Yer altında qalanlar...Hesabı yox, sanı yoxHeç birinin canı yox.

Min insanın bir andaHəyatı getdi bada,Təki xan rahat-rahatNəfəs alsın dünyada.

O axşam qorxu aldıHökmüdarın canını.Topladı məşvərətəXan, bütün əyanını.

Dedi: – ölənlər ölüb,Qalan ustadır ancaq.O, yaşasa ürəyim,Heç rahat olmayacaq.Əvvəli, memardır o,Böyük sənətkardır o.Usta yaşarsa əgər,Gedər, başqa bir xanaBelə bir şəhər tikər...

Əyanlar baş əydilər,Dedilər: – bəli, bəli,Onda əmr eləsin xan,Kəsilsin iki əli...Xan dedi: – ölsün gərək!Gizli yolun sirriniBircə özümüz bilək.Sevməyir memar bizi,Qorxuram ki, gün gələr,Düşmənə satar bizi!

Deyirlər ki, o gecəXəzər yaman ağladı,Dalğalar aşdı, daşdı,Sahili qucaqladı.

Deyirlər ki, o gecəXəzri tufan qopardı,Ustanın fəryadınıUzaqlara apardı...

Deyirlər ki, o gecəÜrəyində qəm dağı,Gözlərinin önündəBir də oğul, uşağı,Memar, dar ağacınaGəldi başı aşağı...

... Mən, İçərişəhərdəYetmişəm boya, başa.Bələdəm hər döngəyəHər küçəyə, hər daşa.

Günlərlə dolaşmışamKüçələri mən azı,Bir tarix söyləmişdirDaş üstündə hər yazı.

Evimiz alçaq, qədim,Binalardan biriydi.Bəlkə bura memarınO böyük sənətkarınÖldürülən yeriydi?

Bəlkə buraya axmışOnun müqəddəs qanı?Bəlkə bu yerdə memarÜrəyində arzularDemiş abad eləyimAnam Azərbaycanı?

Bəlkə haman bu yerdəBabalarım töküb tər,Salıb Bakı adındaƏzəmətli bir şəhər?

Ona görə alçaq ev,Ona görə dar küçə,Bilsəniz ki, mənimçünNecə əzizdir necə!

Hər daşı, hər kərpiciBabalardan xatirə.Mən borcluyam bu yerə.Mən bağlıyam bu yerə!

Doğrusu, bir ovucduOtağımın tutarı.Orda keçirmişəm mənQırx qışı, qırx baharı...

İndi evim şəhərinƏn gözəl bucağında,Uşaqlarım boy atırGüllərin qucağında.

Otaqlarım bol, geniş,Məhəlləmiz tər-təmiz,Solumda yam-yaşıl bağ,Sağımda göm-göy dəniz.

Küçəmizdə çinarlarSanki verib baş-başa...Mən, İçərişəhərdəAmma dolmuşam yaşa.

Qınamayın, ey mənim,Alçaq evim, dar küçəm,Sizin xəyalınızdaKeçir çox günüm, gecəm.

Qınamayın siz məni,Söyləməyin köçəri.İndi gözəl BakıdaNə bayır, nə içəri?

Dünən evciyəzimiDağıtdılar fəhlələr,Gözümün qabağındanÖtüşdü keçən illər.

Gözümün qabağında.Qaranlıq, dar otağım,Olundu dağım-dağım,Gözümün qabağında.Qırx il enib düşdüyüm,Üstündə əyləşdiyim,Əyri-üyrü pillələrSöküldü birər-birər,Gözümün qabağında.Yatdı daxmamın damı,Gördüm qoca anamı,Gözümün qabağında.

Gözlərim yaşardısa,Vüqarım dağa döndü,Bir anda əziz BakımYam-yaşıl bağa döndü,Gözümün qabağında.

Daxmaların yerindəQalxdı binalar göyə,İçərişəhərlilərAxışdılar küçəyə,Gözümün qabağında.

Qoca qala divarı,Xalqımızın vüqarı,“Şəşalı” da, “ovdan” da,Cavanlaşdı bir andaGözümün qabağında.

Bir gün küçəyə çıxdımQarşılayım baharı,Gözəl Bakıma baxdım,Gördüm qoca Memarı,Gözümün qabağında.

Keçib yüz-yüz bahar, qış,Yenə ana torpağıO gəzir qarış-qarış,Gözümün qabağında.

O gəzir Bakımızı,Qara gözlü, xoş üzlüGörür oğlanı, qızı,Deyir: – nəvələrimdir!Bu torpaqda gül açanMənim alın tərimdir,Mənim əməllərimdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri