Eşq atəşi can yıxıyor,Ürəkdən qanlar axıyor.

Tale mənə yan baxıyor,Həm gülümsər, həm ağlarım.

Gönül həp sızlar, həp inlər,Xəzan fəryadını dinlər.

Anıldıqca keçən günlərHəm gülümsər, həm ağlarım.

Hər səfada cəfa buldum,Açmadım saraldım-soldum.

Sərbəst ikən əsir oldum,Həm gülümsər, həm ağlarım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq