Etdigim nalələr olmazdı bu sevdadə tələf
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Etdigim nalələr olmazdı bu sevdadə tələf,Sinəm olsaydı gər ol navəki-müjganə hədəf.
Bu ümid ilə ki, qəmzəndən ala kami-dilin,Düzülüb gözlərivün dövrünə müjgan səf-səf.
Yazdı “Vəlleyli iza” səfheyi-rüxsarüvə xət,O bəyazə bu səvad ilə füzun oldu şərəf.
Almamış abi-dü çeşm ilə vüzu aşiqi-zar,Baxa bilməz üzüvə, ey üzü rəşki-müshəf!
Dürri-əşkimə nola yar xəridar olsaKi, bu dürdanəyə bəhreyni-dü çeşmimdi sədəf.
Rədə lazımdı Rübab, etmə müğənni, dəfə zurKi, könüldən qəmimi dəf eləməz nəğmeyi-dəf.
Məqtə — şairin təxəllüsü olan son beyt. Çəkdilər Yusifi-mənanı genə bazarə,Seyyida, saxlama canı, nə gərəkdir bu xəzəf.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-etdigim-naleler-olmazdi-bu-sevdade-telef
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmdi-bihəd xudayi-sübhanə –Ki, çatıb feyzi kövnü imkanə!
Peyğəmbərin tərifiDəxi yüz töhfeyi-səlatü səlam,Nə qədər var bu gərdişi-əcram,
Kitabın yazılma səbəbiBu səbəbdən mən, ey həmidəsiyər,Eylədim nəzm çox hekayətlər.
Hekayət (var idi bir vəziri-dəryadil)Var idi bir vəziri-dəryadil,Elmi-rəmlü nüçumdə kamil.
Başqa şairlərin şeirləri · Eşq
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
BeləyəmSevgilimi sevməmişəm ürəksiz,Görüşünə getməmişəm çiçəksiz.
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəhaSünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır