Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,

Ləlü-ləbi-yaqutuna can necə təşnə olmasın,Çünkim anın hər qətrəsi dürri-xoşab olur, şəha.

Yüzünə Zöhrə, Müştəri, Mehr ilə Mah ögünməsin,K-ol günəşin bir zərrəsi min mahtab olur, şəha.

Mehrinlə kinən odunu canım içində yaxalı,Eynül-yəqin yerin yüzü eynimdən ab olur, şəha.

Ol dəm ki, sən nuş edəsən cami-səfayi Cəm kimi,Ləlinə cam erdügünə bağrım kəbab olur, şəha.

Nəzr etdügün bir busəyi dərviş içün etsən əda,Vallahi kim, andan sana min-min səvab olur, şəha.

Ləlündürür ehya edən hər dəm o bicismi, vəli,Sərxoş gözündən sayru can məsti-xərab olur, şəha.

Abi-zülali-vəslinə şol rəsmə təşnədir bu can,Kim gözlərimə bu cəhan eyni-sərab olur, şəha.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bağrım qanını gözlərin hər dəm, Həbibi, tökdügü,Budur ki, rəngin ab ilə ol xoş xizab olur, şəha.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq