Dərdi-eşqə hər ki, ol dəmsaz olaOl gərək labüd ki, əhli-raz ola.

Aşiqi-sadiq odur məşuqununYoluna can tərk edə, sərbaz ola.

Dəmdə min gəz qal edərsə aşiqi,Qəmzəsi məşuqunun xud az ola.

Aşiqa, cövrü cəfavü dərdü qəm,Zövqü şadi, hüsnü xülqü naz ola.

Hər məzəllət ki, irişə məşuqdən,Aşiqə xud ol qəmu ezaz ola.

Aşiq anda necə tövbə edə kim,Abü səbzə, şahidü mey saz ola.

Erişəməz şol hümanın zülfinəMürği-dil gər şahinü şahbaz ola.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Həbibi, xoşdürür cami-şərab,Xassə kim, məhbubi xoş avaz ola.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq