Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm,Layəqəlü məst olalım, biz rindü bədnam, içəlüm.
Çün bu siyahkasə cəhan bir dəm bizə verməz aman,Sun laləgun anı müdam, hər sübhü hər şam içəlüm.
Ey saqiyi-xöcəstə-fal, hər rüzü həftə, mahü sal,Namusi-cami daşa çal, qoy nəng ilə nam, içəlüm.
Açıldı çün gülşəndə gül, saqi, ələ al cami-mül,Çünkim bizə qalur degül bu dövrü əyyam, içəlüm.
Müfti, müdərris, şeyx, imam gördüm ki, içərlər müdam,Biz də1 onlara tabe olub, ey əhli-islam, içəlüm.
Çün hazır oldu dəffü ney, gül-səbzə içrə yarü mey,Vəqti qənimət anla key, gəl, ey dilaram, içəlüm.
Meydir Məsihün qanı bəs, meydir çü ruhi-sani pəs,Sən, ey Həbibi, sözü kəs, kim anı madam içəlüm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Çün rəz qızı gözlərinin yaşı durur mey, bil müdam,Ey saqiyi-adil, bizə dəgmə, anı tam içəlüm.
Kitabxana.az · https://kitabxana.az/works/habibi-billah-seherdir-saqiya-doldur-beru-cam-icelum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dərdi-eşqə hər ki, ol dəmsaz olaOl gərək labüd ki, əhli-raz ola.
Hər kimə həmrah Fəzlullah olaHər kimə həmrah Fəzlullah ola,Ana fəzli-feyz ol Allah ola.
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəhaSünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,
Türreyi-tərrarını sən edəlidən piçü tabTürreyi-tərrarını sən edəlidən piçü tab,Canü dildən səbrü aram getdi, gəlməz gözə xab.