Can içində dərdi-eşqin olalı, cana, müqim,Gözlərindən sayru könlüm oldu sağü müstəqim.

Gün yüzün ayinəsinə baxduğunca hər nəfəs,Gözümə rövşən görünür vəchi-rəhman, ey həkim.

Hər qaçan bir busə etsə can ləbindən iltimas,Bağrımı xunxarə qəmzən edər ol dəmdə dunim.

Nemətü nazın cahanın nə der, ey can, canü dil,Kim olara cövri-nazın oldu çün nazi-nəim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Həbibi, cövrü nazın görəlidən gözlərim,Könlümün aramı getdi, canda qəm oldu müqim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq