Aşiqə məşuqinin cövrü səfası xoş gəlür,İki aləmdən ana bir mərhəbası xoş gəlür.

Gözlərim dərdinə sürmə olmağiyçün dəmbədəmTutiyayi-cövhərindən xaki-payi xoş golür.

Ömri-baqi saçlarındır, badə vermə, ey sənəm,Görün ol ömri-əzizi, çün bəqası xoş gəlür.

Cümlə bu xəlqi-cəhanın qilü qalindən mənəEşigində itlərünün macərası xoş gəlür.

Sana, ey zahid, behiştü hurü rizvani, mənəOl büti-ziba nigarımın liqası xoş gəlür.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Həbibinin duasın müstəcab et, ey sənəm,Çün kərəm əhlinə dainin duası xoş gəlür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq