Gəraylı: Könlüm istər görəm yarı
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,Arzularam vəfadarı,Üç gündə bir, beş gündə bir
Olmuşam aşiqi-didar,Başıma dünya oldu dar,Görməsəm qılam ah-zar,Üç gündə bir, beş gündə bir
Qurbanam yarın adına,Haqq yetişsin fəryadına,Məni salırmı yadına,Üç gündə bir, beş gündə bir
Yola tikmişəm gözümü,Unutmuşam öz özümü,Payinə sürtdüm yüzümü,Üç gündə bir, beş gündə bir
Şikəstə Hamidəm, canan,Dərdindən oldum əl aman,Səg rəqibim tutsun yaman,Üç gündə bir, beş gündə bir
Kitabxana.az · https://kitabxana.az/works/hamid-el-sairi-gerayli-konlum-ister-gorem-yari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
ز بوی گل نفس نوبهار خالی نیست
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
ایجمال تو در جهان مشهورلیکن از چشم انس و جان مستور
Hər kipriyin bin ox kimi canan batırsan sinəməHər kipriyin bin ox kimi canan batırsan sinəmə,Qaşlar da üdvan seyfi tək zərbət urar qan sinəmə!