Çin elindən çin səhər çün şol büti-ziba gəlür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Çin elindən çin səhər çün şol büti-ziba gəlür,K-ayü gündən rüxlarının pərtövi-ziba gəlür.
Çün gəlür min naz ilə ol sərvi-səməndam yar,Sanasan Məcnunə Leyli, Vamiqə Əzra gəlür.
Ey ki, qəddi-dilbəri sərvi-səhiyə bənzədən,Rast et, billah, nəzər kim, müntəha bəla gəlür.
Müshəfı-hüsnün təfəül etdügümcə ruzü şəb,Taleimdə görünən bu surəyi-tənha gəlür.
Hər qaçan badi-səhər dəprətsə müşkin zülfini,Xatirim olur pərişan, başuma sevda gəlür.
Huri-eynə dəvət etmə məni, vaiz, varmazam,Hüsn içində çünki, şol bimislü bihəmta gəlür.
Nərgisi-məxmurə din1 kim, taki xudbin olmasun,Bağ içində seyr edə şol gözləri şəhla gəlür.
Kəbeyi-kuyin ziyarət etməyə badi-səba,Eşiginə hər səhərgah bisərü bipa gəlür.
Al əlindən ayağı, qoy ayağında başuni,Saqiyi-zöhrə cəbin, gün yüzli məhsima gəlür.
Qapusunda guşi həlqə qıldığım bu k-eşidəm,Ta ki deyə rəhm edüb şol aşiqi-rüsva gəlür.
Xəstə dil olduğuna, qəm yemə, ey can, dəmbədənZi səadət kim qulunu görməgə Mövla gəlür.
Məqtə — şairin təxəllüsü olan son beyt. Çün Həbibi gördü bu gün dilbərin didarını,Sanmanun1 könlünə ayruq qüsseyi-fərda gəlür.
Kitabxana.az · https://kitabxana.az/works/habibi-cin-elinden-cin-seher-cun-sol-buti-ziba-gelur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir,Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir.
Tapun kim, canların cananəsidürTapun kim, canların cananəsidür,Bu aşiq can anun cana nəsidür?
Kainatın varlığından mənə sən şafi yetərKainatın varlığından mənə sən şafi yetər,Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.
Pərtövi-hüsni-cəmalın aləmi pürnur edərPərtövi-hüsni-cəmalın aləmi pürnur edər,Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.
Başqa şairlərin şeirləri · Eşq
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Sevdiyimİllərilən həsrətini çəkdiyim,Döndü əlif qəddim yaya, sevdiyim.