Tövhid
Ədəmdən ta ki, aləm oldu peyda,Bulunmadı tapuna mislü həmta.Sana kim bənziyə, ey dilrüba, kimKi, sənsən o əltafı-əsli həyula1.Xəyalın xeylidür, ey şahi-əzəm,Edən canü könül mülküni yəğma.Pərişan zülfinin sevdalarındanDimağım doldu fasid fikri-sevda.Ləbi-ləlin fəraqından axıbdırGözüm hər dəmbədəm xuni-suvəyda.Gözüntək görmədi bir fitnə əngizOlaldan dövri-aləm çeşmi bina.Görəldən nərgisi-məxmurin, ey dust,Cəhan xalqına oldum məstü rüsva.Cəhanda qalmadı bir zərrə zülmət,Olaldan gün yüzün nuri hüveyda.Cəmalin müshəfin eynim görəldən,Könülə rövşən oldu sirri-əsma.Yüzündür ayəti-Səbülməsani,Sözündür xud əsəh-əsmai-hüsna.Xətü xalindürür əbcəd hürufi,Oxudun Lamü Badir, Kaf ilə Ha.Qiyamət qamətini görən eydür:Bəlamidir bu, yaxud qəddi-bala.Yüzüni hər ki, gördü barəkallah,Dedi: zi hüsn içində vəchi-ziba.Yüzündür cənnəti-firdövsi-əlaKi, Ta ha oxur onda haqq təala.Şu kim tövhidə qaildir əhəd derSənə, ey hüsn içində fərdi-yekta.Xəti-yaqutini can müshəfində,Həbiba, dəsti-qüdrət etdi inşa.Vücudi-kainatın cümlə sənsən,A cudi binəhayət, fəzli-mövla.Həqiqət sənsən, ol məzhər, həqiqətKi, məzhərdir sənə sər cumlə əşya.Əgər aşiq və gər məşuq sənsən,Gəh Adəm qorsan1 adın, gəh Həvva,Gəhi Məcnun olursan Leyli iyçün,Gəh olursan geri Məcnuna Leyla.Gəhi Vamiq, gəhi Əzra olursan,Gəhi Yusif, gəh olursan Züleyxa.Gəhi Əhməd, Əlisən, gəh Xədicə,Gəhi Məryəm olursan, gəh Məsiha...Gəhi surət olursan, gəh məni.Gəhi əsma olursan, gəh müsəmma.Eşidir bu sədayi xəlqi-aləmKi, səndədir səməna və ətəna.Günəşdən kəndözünü zahir etdin,Qamu şeydə görəməz leykin əma.Dü aləmdə nə kim var cümlə sənsən,Əgər əsfəl əlavü, yaxud əla.Görünürsən bu kəsrət aləmində,Bəsirət əhlinə pünhanü peyda.Səni hər şeydə gördü çün Həbibi,K-o layi nəfy edüb, eydür ki, lilla.Bilürsən k-ol fəqiri müstəhəqdir,Nola hüsnün zəkatın etsən ita.Təmənnayi visalındır, həmin bəs,Əgər imruz əlavü, yuxu1 fərda.Anın məqsudi sənsən gecə-gündüz,Səni səndən edər hər dəm təmənna.O huri-cənnətü rizvani anmaz,Edəldən rövzəyi-hüsnün tamaşa.
Kitabxana.az · https://kitabxana.az/works/habibi-tovhid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.
Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini amFəzli-fəyyazi-əzəl çün eylədi feyzini am,Saqiya, dur cami-Cəm sun, sübhdürür, vəssəlam.
Dur uru, ey saqi, billah, xoşxiramDur uru, ey saqi, billah, xoşxiram,Cami-Cəmdən nuş edüb sərxoş həram.
Bir səhər piri-muğani çün ziyarət eylədimBir səhər piri-muğani çün ziyarət eylədim,Ayağında baş qodum, çox-çox ibadət eylədim.