Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən.

Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il,Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən.

Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim,Çün məna həmdəm olan sənsən, nə sən olgil, nə mən.

Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.

Ey könül, eşq əhlinə hər dəm gülərdin şad olub,Mən deməzmidim ki, danla ağlıyasıdır gülən?

Məqtə — şairin təxəllüsü olan son beyt. Necə diklənsün Həbibi, sənsiz, ey əndamı gül,Kim batar cisminə təndə hər tük olmuş bir tikən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq