Könül ta kim, ğəmindən aşinadır,Qərarü səbrdən mütləq cüdadır.

Könül pənd almadı, sevdi yüzünü,Ona bu dərdi-möhnətlər cəzadır.

Gəl ey həmdəm, həzər qıl, eşqə düşmə,Bəladır xubları sevmək, bəladır.

Nola aşiqləri öldürsən, ey dust,Ləbin bir busəsi yüz xunbəhadır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Könül bir yarə vermişdir Xətai,Eşigində səlatinlər gədadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq