Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir,Bu yıxılmış könlümü abad qılsan, vəqtidir.

Xeyli müddətdir ki, könlüm eşğlə viranədir,Şimdi ol viranəni abad qılsan, vəqtidir.

Ey şəhi-lütfü kərəm, bir gəz, eşit fəryadimi,Bənd içindən bəndəni azad qılsan, vəqtidir.

Firqətin dövrində çəkdim möhnətü cövrü cəfa.Şimdi vəslin yoluna irşad qılsan, vəqtidir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çünki dərdi-eşqini olmaz nihan etmək onun,Ey Xətai, dərd ilən fəryad qılsın, vəqtidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq