Yandım eşqindən əya, gül yüzlü dildar, üştə gör,Sənsizin aləmdə gəzmək oldu dişvar, üştə gör.

Sinəmin suzindən ey dilbər, yanır ərşilə fərş,Ağlaram bülbül kimi bivəsl-gülzar, üştə gör.

Lalətək bənzim saralmışdır fəraqindən sənin.Olmuşam dilxəstəvü məcruhü bimar, üştə gör.

Əhdü peymanını məndən ey pəri, sındırma gəl,Kim, mənə zülm eyləmişdir, cövri-əğyar, üştə gör.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai şol büti-tərsa cəmalın görgəcin,Rahibi-deyr olduvü bağladı zünnar, üştə gör.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq