Yarı gördüm bu gün xəndan oturmuş,Yanağı tazə gül reyhan oturmuş.

Yüzünə qarşı ğönçə güldügiçün,Səhər ağzına çalmış qan oturmuş.

Səninlə hüsn içində bəhs edənlər,Necə peşman olub, heyran oturmuş.

Sənin sibi-zənəxdanına, ey dust,Nə həddim var desəm, dəndan oturmuş.

Dodağın çevrəsində qoşa xallar,İki zəngi ona dərban oturmuş.

Sənin Leyli cəmalın görmək üçün,Yolunda Məcnuni-heyran oturmuş.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xətaiyə nəzər qıl çeşmin ilən,Qapunda sübhi-şam giryan oturmuş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri