Mənim ol, suvlu yarım gəldi xoşdur,Əlimə ol nigarım gəldi xoşdur.

Əlindən ixtiyarın getsə getsin,Əlimə ixtiyarım gəldi xoşdur.

Sən ol səhrada çün quli-biyaban,Çəməndə gülüzarım gəldi xoşdur.

Öl imdi, qış günü, sərma əlindən,Mənim tazə baharım gəldi xoşdur.

Qəm ilən intizar içində sən öl,Həmişə intizarım gəldi xoşdur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai, şükr qıl allaha daim,Gedən səbrü qərarım gəldi xoşdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq