Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir,Bilməzəm canımmıdır, ya suvlu yarımdır gedir.

Təndə canım qalmadı, anunla olmuşdur rəvan,Ol mənim ruhi-rəvanım, ya nigarımdır gedir.

Canım andan ayrı təndə, bir dəm əylənməz mənim,Ğəm məni eylər həlak, ol qəmküsarımdır gedir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qalmadı heç karü bari bu Xətai xəstənin,Anın ilə karü barım hər nə varımdır gedir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri