Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur,Şol hümayun zülfiniz fəğfuri-çindən tac alur.
Nola gər hüsnindən alsa zərreyi-nur afitab,Kim bəli, daim ğənilərdən nəva möhtac alur.
Nə əcəb, mən miskinin könlün əgər yəğma qıla,Hinduyi-zülfin ki, mülki-Rumidən tarac alur.
Ta əyağın tozu tək qanunda məskən dutmuşam,Bu səadətdən mənim bəxtim mələkdən bac alur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai Kəbeyi-kuyində tapmışdır şərəf,Hacıtək könlüm təvafi-kuyinizdən hac alur.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-ta-kim-ol-ahu-gozun-mulki-xotenden-bac-alur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məclis əhli çaxır içəndə dutar əldə əyağ,Sanəsən bir şəmdir kim üstə yanır bir çırağ.
Mənəm bir tən və leykin can onundurMənəm bir tən və leykin can onundur,Ki, hər kim can qıyar canan onundur.
Mənim ol, suvlu yarım gəldi xoşdurMənim ol, suvlu yarım gəldi xoşdur,Əlimə ol nigarım gəldi xoşdur.
Mənim yolumda yektalər gərəkdirMənim yolumda yektalər gərəkdir,Dini, imanı yəğmalar gərəkdir.
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Mürəbbə: Dəli könül, nə yanırsan oda sənDəli könül, nə yanırsan oda sən,Billah bundan hərgiz sənə yar olmaz.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.