Mənəm bir tən və leykin can onundur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mənəm bir tən və leykin can onundur,Ki, hər kim can qıyar canan onundur.
Təbibimdir mənim, ruhum, rəvanım,Zəifəm, xəstəyəm, dərman onundur.
Eşigində onun mən bir gədayəm,Nə kim, lütf eyləsə ehsan onundur.
Səadət bürcünün dilxahi oldur,Yer ilə göyü həm Keyvan onundur.
Ləbin yanında xəttin Xızrə bənzər,Kənari-çeşmeyi-heyvan onundur.
Səri-zülfi-ləbi-ləlini gördüm,Təmami Türk, Hindistan onundur.
Səni sevmən deyənlər kafər oldu,Yüzünü kim sevər iman onundur.
Məgər məşşatə zülfin şanə qılmış,Bu könlün nikhəti-reyhan onundur.
Xətavü Misr ilən Çinü Xorasan,Əraqü Fars həm Kirman onundur.
Başın top edə gər canan yolunda,Çalınsın top çün çövkan onundur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai, can fəda şol yarə qıl ki,Cəhanü cümlə cismü can onundur.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-menem-bir-ten-ve-leykin-can-onundur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta kim, zülfin niqabi mahtab üstündədir,Bir bulud nisbətlidir, kim, afitab üstündədir.
Ta səri-kuyində bu könlüm müqim olmuş dururTa səri-kuyində bu könlüm müqim olmuş durur,Dil məqami baği-cənnati-nəim olmuş durur.
Təala şanəhu əkbər, bu nə hüsni-dilaradırTəala şanəhü əkbər, bu nə hüsni-dilaradır,Cəmalın huridən yeyrək, boyun tubadan əladır!
Vəchində peydadır sənin əncari-zati-kibriyaVəchində peydadır sənin ənvari-zati-kibriya,Ol yüzə qarşuda da şərməndədir şəmsüz-züha.
Başqa şairlərin şeirləri · Eşq
Məni yardan ayırdılar,Sənə olsun xəbər, xanım
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydıNə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Verməz bizim üçün, neynək, pay ümidBir belə qəm ilə verməz hay ümid.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən