Məclis əhli çaxır içəndə dutar əldə əyağ
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Məclis əhli çaxır içəndə dutar əldə əyağ,Sanəsən bir şəmdir kim üstə yanır bir çırağ.
Gülşəni-məclisdə bir şuxi pəridür dilrüba,Sanəsən bir lalədir bağrında onun dürlü dağ.
Dustkam olsun həmişə ol berəcmi-dustan,Oldu məclisdə müşərrəf busəsindən solu sağ.
Müşkü ənbər məcməridir, yoxsa cami-mey durur.Buyi-xubindən onun daim müəttərdir dimağ.
Məqtə — şairin təxəllüsü olan son beyt. Mehr ilən yari ki, gəlmişdir, zi gülşən yadigar,Bu Xətai xəstədildir, xaki-ol məhruyi-bağ.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-meclis-ehli-caxir-icende-dutar-elde-eyag
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəl, a könül, xoş görəlim bu dəmi,Bu da böylə qalmaya bir gün ola.
GərəkməzGəlib ixlas ilə yola gedəninZərrəcə könlündə güman gərəkməz.
Qaçma məndən, qaçma avçı deyiləmİçmişəm bir dolu, olmuşam ayıq,Düşmüşəm dağlara, olmuşam geyik,
OlmayıncaKönül, nə gəzirsən seyran yerində,Aləmdə hər şeyin var olmayınca?!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
بلبلان رخت به باغ افگندندزاغ را بار سفر می بندند
Bizə həmsöhbət olan özgə kitab almaz ələBizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.