Gərəkməz
Gəlib ixlas ilə yola gedəninZərrəcə könlündə güman gərəkməz.Sil-süpür qəlbini, evin pak eylə,Mö’minin aynası duman gərəkməz.
Birnin iki yerdə gər əli olsa,Faydası olmaz ol gər Əli olsa.Müsahibdən gizli dal yeri olsa,Ondan sənə hələn iman gərəkməz.
Müsahib, mürəbbi yolda bir kişi,Dili söylər, amma degildir işi,Çünki baş etməzsən tutduğun işi,Ər yükü gövhərdir, saman gərəkməz.
Can Xətayim aydır: – Düşürdün dərdə,Zavallı sufidən qalxmayır pərdə,Gördün ki, bir loğma gəldi bir yerdə,O loğma cig isə, yemən gərəkməz.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-gerekmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona sidq ürəklə inanın, nə mətləbiniz varsa ondan diləyin.
Baharın gəldiyin nədən biləyimBaharın gəldiyin nədən biləyim,Gül dikəndə bitər, bülbül daldadır.
BahariyyəQış getdi, yenə bahar gəldi,Gül bitdi və laləzar gəldi.
Həqiqət bəhrizatun əkbər olduHəqiqət bəhrizatun əkbər oldıSifətünden anun bir gövhər oldı.
Başqa şairlərin şeirləri
Tapmamışdır bir ürək dərdinə torpaqdan dəva.
PilovBiz necə şükr eliyək qadiri-sübhanə, pilov,Ki nəsib etdi səni zümreyi-insanə, pilov.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər