Biz necə şükr eliyək qadiri-sübhanə, pilov,Ki nəsib etdi səni zümreyi-insanə, pilov.Nə bu kim hər yetənə, xanla sultanə, pilov,Yetmisən, şükr elə bu şövkətlə şanə, pilov,Həmnişin olmusan ol xosrovi-xaqanə, pilov.

Səni xoş xəlq eliyib qadiri-həyyü mütəal,Üzünə vermisən ədviyyə ilə zeyb ü cəmal.Gər səni təbx eliyə bir büti-pakizəxisal,Yeyə daim səni hər kimsə tapar kəsbi-kəmal,Şübhə yoxdur gətirirsən ölünü cana, pilov.

Belə rəngin pilovun dürlü müəmması gərək,Yaxşı dolma və fəsincan və müsəmməsi gərək,İştəha açmağa sağər ü səhbası gərək,Təbx edən kişilərin belə müheyyası gərək,Ta guvara ola kim şairi-dövranə, pilov.

Tökələr kasəyi-bidməşk içinə şəkər xam,Dura qəndab xunək məcməidə bir dolu cam,Ola bir ruhi-mütəhhər, verə əndamə nizam,Sataşa bu gərinə bir mən kimi iştahi-tamam,

Çəngə-çəngə götürə loğməni mərdanə, pilov.

Dəhrdə hər gülü öz bülbülünə tuş edələr,Aşiqi sevdiyi məşuqə ilə həm-ağuş edələr,Meyi çox tərfə təarüflər ilə nuş edələr,Nuş edib ğüssəyi-dünyanı fəramuş edələr,Sonra meyl eliyələr qəhvə və qəlyanə, pilov.

Bu səbəbdən kasibin dünyada bədnamdır adı,Tapa bilmir gətirə qonağa bir darı-cadı.Əndəlibin o zaman hasil olur hər muradı,Ki bu dediklərinin hazır ola cümlə zadı,Bu siyaqilə gətirə məni mehmanə, pilov.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri