Hərçənd düşdü eşqin odu canə, ey gözəl,Atəş vurubdu xərməni-imkanə, ey gözəl.

Gər məndən olsa, gül üzünə salasan niqab,Aləm məbadə od tutub odlanə, ey gözəl.

Arif yanında küfrdür, Allaha xoş deyil,İnsan demək sən kimi cananə, ey gözəl.

Bir badə ver ki, bəzmi-vüsalında şövqdən,Ləlin kimi dönübdür cigər qanə, ey gözəl.

Yıxdın evini cümlə müsəlmanü kafərin,Nəzzarə eylə küfr ilə imanə, ey gözəl

Sahibqirani-nəqd nədir, burda can gərəkSərf etməyə bu huriyi-Rizvanə, ey gözəl.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qurban yerinə eyd günü Əndəlibi kəs,Gər piri can qəbul ola qurbanə, ey gözəl.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq