Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardım
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,Bulardan naümid oldum, dönüb əğyarə yalvardım.
Bilirdim çün rəqib etməz əlaci-dərdi-pünhanim,Əbəs kim, ol xətakarə məni-biçarə yalvardım.
Gəhi büxtanə səndən şikayətlər qılıb, gəhiƏlimü qadirü həyyi-əlğəffarə yalvardım.
Gəhi bir zahidi-bietibarın minnətin çəkdim,Gəhi bir sərxoşu hər anda, hər xummarə yalvardım.
Məqtə — şairin təxəllüsü olan son beyt. Basani-Əndəlib, ey gül, kənari-künci-gülzariQənimətlər bilib, hər guşə tutdum xarə yalvardım.
Kitabxana.az · https://kitabxana.az/works/endelib-qaracadagi-gehi-casuse-uz-tutdum-gehi-dildare-yalvardim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Səndən axır abı-kövsər,Suyun baldı, Çobandağı.
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,